Bakıda avtobus sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozması nəticəsində ağır xəsarətlər alan və 2 aydır komada olan qadın dünyasını dəyişib.
AvtoReyd.Az xəbər verir ki, bu barədə baku.ws-yə mərhumun həyat yoldaşı Müzəffər İsmayılov bildirib.
Onun sözlərinə görə, həkimlər 44 yaşlı Təranə Məhəmməd qızı Babaşovanın beyninin 2/3 hissəsinin dağıldığını bildiriblər. Bu səbəbdən onun həyatını xilas etmək mümkün olmayıb.
Qəza hadisəsi sentyabrın 27-də baş verib və həmin gündən Təranə Babaşova komada olub. O, noyabrın 28-də isə dünyasını dəyişib.
Təranə Babaşova “8-ci kilometr” bazarının qarşısında avtobusdan düşüb yolu keçmək istəyib. Bu vaxt əks istiqamətdə hərəkət edən 64 saylı avtobus xanımı vurub. Sürücü polis tərəfindən saxlanılıb. Yaxın günlərdə məhkəmə prosesi başlayacaq.