Ötən gün axşam saatlarında Beyləqan rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Rayonunun Daşburun adlanan ərazisində “VAZ 2107” və “Mercedes” markalı minik avtomobilləri toqquşub. Nəticədə “VAZ 2107”-nin sürücüsü Xocavənd sakini, 1970-ci təvəllüdlü Cəbiyev Hüseynağa Ağarəzi oğlu hadisə yerində dünyasını dəyişib.

“Mercedes”in sürücüsü və sərnişini ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə araşdırılır.

//xezerxeber

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.