Bakıda ahıl kişini minik avtomobili vurub.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib.

Belə ki, Həsən Əliyev küçəsində 1952-ci il təvəllüdlü Babayev Firuddin Nurəddin oğlu yolu keçmək istəyərkən onu 90-FE-557 dövlət qeydiyyat nişanlı “Hyundai” markalı minik avtomobili vurub.

Sürücü yaralını öz avtomobili ilə xəstəxanaya çatdırıb. F.Babayev 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

 

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.