Avtoreyd.az bildirir ki, hadisə Çinin Xenan əyalətində, Çjençjou şəhərində baş verib.
Çində uşağı döyən dayə həbs edilib. Liftin kameralarının qeydə aldığı görüntülərdə, heç nədən xəbərsiz ana ilə sağollaşdıqdan bir neçə saniyə sonra dayə, vəhşicəsinə körpəni vurmağa başlayıb.
Liftdə quraşdırılan kameralar vasitəsi ilə hadisənin canlı şahidi olan binanın keşikçisi, bütün baş verənləri görüb. Xoşagəlməz hadisənin videosunu da uşağın valideynlərinə təqdim edib. Gördüklərindən şoka düşən ata-ana dərhal polisə müraciət edib. Dayə həmin gün həbs olunub. Hazırda polis dayəni göndərən agentliyi araşdırmaqla məşğuldur. O da qeyd olunur ki, dayə əla reputasiya malik olub və yüksək maaş alıb.
http://www.youtube.com/watch?v=jlnCM0SI_sM
