Cinayəti törədən zaman gənc sərxoş halda olub. Polis onu yaxalayarkən isə şən vəziyyətdə gülürmüş.
Yerli xəstəxananın təcili yardım bölməsində müalicə olunan 18 yaşlı texaslı Armando Vinaca, tibb məntəqəsinin həyətindən reanimasiya avtomobilinin qaçıraraq, saatda 160 kilometr sürətlə polislə avtomobil yarışına çıxıb. Bu haqda ABC telekanalı məlumat yayıb.
Polisin sözlərinə görə, Armando içkili vəziyyətdə olub və özünü tamamilə qeyri-adekvat aparıb. 18 yaşlı gənc idarə etdiyi reanimasiya avtomobili ilə şəhər küçələrində şütüyərkən yalnız xoş təsadüf nəticəsində, heç bir yol-nəqliyyat hadisəsi baş verməyib.
Avtomobili gəncin dönmə əməliyyatı zamanı səhvə yol verərək qazona sürməsi nəticəsində saxlamaq mümkün olub. Bundan sonra Vinace sürəti məcburi şəkildə azaldaraq, qanun keşikçilərinin əlinə düşüb. Qeyd edilir ki, yaxalanarkən o, gülürmüş.
Artıq Armando Vinaceyə qarşı cinayət məcəlləsinin dörd maddəsi üzrə ittiham irəli sürülüb.
http://www.youtube.com/watch?v=i-oOiFmek98