Bakıda hərəkətdə olan mikroavtobus gözlənilmədən alışıb.

“Report”un müxbirinin verdiyi məlumata görə, hadisə Ali Məhkəmənin inzibati binasının qarşısında qeydə alınıb.

Belə ki, “Ford Transit” markalı 99-JN-835 dövlət nömrə nişanlı mikroavtobus yanıb. Əraziyə cəlb olunan yanğınsöndürənlər yanğının qarşısını alıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Hadisə yerindən görüntüləri təqdim edirik:

Video baku.ws

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.