Belarusiyanın Vitebsk vilayətinin 36 yaşlı işsiz kənd sakini, yüksək miqdarda alkoqol qəbul etdikdən sonra, yaşadığı kəndin südçülük fermasına daxil olaraq, orada müvəqqəti olaraq nəzarətsiz qalan traktoru işə salıb. Daha sonra isə qonşu kəndə məşuqəsinin yanına yola düşüb.
Sərxoş olduğundan onun kənd yolları ilə traktoru qəribə tərzdə idarəetməsi kəndlilərin diqqətini çəkib. Rayon bölməsinə bu haqda məlumat daxil olduqdan sonra, polis əməkdaşları dərhal hadisə yerinə yola düşüb.
Saxlanılarkən o, bu addımı sevgisini etiraf etmək istədiyi üçün atdığını bildirib. Lakin sərxoş Romeonun bu nəcib hərəkəti onun içkili vəziyyəti ilə üst-üstə düşmədiyindən, polis tərəfindən 36 yaşlı kişiyə qarşı “Nəqliyyat vasitəsinin qaçırılması” maddəsi üzrə cinayət işi açılıb.