Avtoreyd.Az Avtoxəbər Kaliforniyalının unikal retro-avtomobillərdən ibarət kolleksiyası- xəyallar qarajı (FOTO)

Kaliforniyalının unikal retro-avtomobillərdən ibarət kolleksiyası- xəyallar qarajı (FOTO)

| | 0 Comments | 01:20

 

Amerikalı Con Louson yalnız ABŞ-da deyil, həm də bütün dünyada olan ən unikal avtomobil kolleksiyalarından birinə sahibdir. Bütün eksponatlarını yerləşdirmək üçün ona 750 kvadrat metrlik sahəyə malik böyük pavilyon tikmək lazım olub.

Əlbəttə, daha böyük qarajlar  da var, məsələn Bruney sultanına məxsus.  Lakin Con Lousonun avtomobil kolleksiyası ona görə fərqlənir ki, eksponatların əksəriyyəti parlaq hot-rodlar və digər tüninq edilən avtomobillərdir. Qeyd edək ki, hot-rod maksimal dərəcədə sürət toplamaq üçün ciddi şəkildə görkəmi dəyişdirmilmiş amerikan avtomobili deməkdir.

Onun kolleksiyasında təkcə, 1932-1934-cü il istehsalı olan 70 ədəd klassik hot-rod var.  Və hər biri də digərindən fərqlənir.

Related Post