Xaçmaz rayonu ərazisində yol nəqliyyat hadisəsi qeydə alınıb.

 

AvtoReyd.Az APA-ya istinadən verdiyi məlumata görə, qəza Xaçmaz -Xudat yolunun 1-ci km-də qeydə alınıb.

“VAZ 2107” markalı maşınla “Volkswagen” markalı avtomaşın toqquşub.

Xəsarət alan “VAZ 2107-nin sürücüsü Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına gətirilib, ilkin tibbi yardımdan sonra tibb müəssisəsini tərk edib.

Faktla bağlı araşdırmalar aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.