ABŞ-ın Florida ştatında yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə “ABC Action News” telekanalı ştatın yol polisinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə Haylends daitəsində qeydə alınıb. Belə ki, avtobusun sürücüsü məktəbliləri mindirmək üçün nəqliyyat vasitəsini saxlayıb. Bu zaman arxadan gələn yük maşını avtobusa çırpılıb.

Hadisə nəticəsində 22 nəfər xəsarət alıb. Onlardan 2-nin vəziyyətinin ağır olduğu bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.