Three-week-old Vanellope Hope Wilkins, who was due to be delivered on Christmas Eve before an incredibly rare condition, in which the heart grows on the outside of the body, meant she had to be born prematurely by caesarean section on November 22, is caressed and touched by her parents Naomi Findlay and Dean Wilkins, at Glenfield Hospital in Leicester, after surviving, in what is believed to be a UK first.

Avtoreyd.az bildirir ki, Böyük Britaniyanın Buluell şəhərində ürəyi bayırda olan qız uşağı doğulub.

Bu nadir anadangəlmə ürək qüsuru ürək ektopiyası adlanır. Bu zaman ürək  əzələsi döş qəfəsinin xaricində yerləşir.

Həkimlər anaya hamiləliyinin doqquzuncu həftəsində diaqnoz qoyublar. O zaman onlar qadına bildiriblər ki, dünyaya gələcək uşağın sağ qalma şansı çox az olacaq.  Çünki ürək ektopiasıyla anadan olan 90%-dən çox yeni dünyaya gələn körpələr ya ölü doğulurlar, ya da doğuşdan sonrakı gün ölürlər. Mütəxəssislər abortu etməyi məsləhət görsələr də, valideynlər buna qarşı çıxıblar.

Qız uşağı sağ-salamat doğulub, həyata gəlişinin ilk saatında da 50-dən çox həkimin iştirakı ilə körpəni üç dəfə əməliyyat ediblər.

Cərrahlar uşaq üçün yeni döş qəfəsi formalaşdıraraq, onun ürəyini ora yerləşdiriblər. Nəticədə, təzə doğulmuş körpə Böyük Britaniyada belə qüsurla sağ qalmağı bacaran ilk uşaq olub.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.