Avtoreyd.az bildirir ki, Çinin Sian şəhərində 43 yaşlı mühafizəçi Li Qouu, ticarət mərkəzinin pəncərəsindən düşən qadını tutmağa çalışarkən, özü də həlak olub.

13-cü mərtəbədən yıxılan qadını öz bədəni ilə qorumağa çalışan mühafizəçi, zərbəni yumşalda bilməyib. Nəticədə, hər ikisi həlak olub.

Yerli KİV-lər bildirir ki, keçmiş hərbçi Li Qouu, əyalət rəhbərliyi tərəfindən olümündən sonra qəhrəmanlığa görə medalı ilə mükafatlandırılacaq.

Onun himayəsində həyat yoldaşı, altı yaşlı qızı və yaşlı valideynləri olub.

http://www.youtube.com/watch?v=MCoVY1I6M2A

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.