Cəlilabad rayonunda 35 yaşlı piyadanı avtomobil vurub.

AvtoReyd.Az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Cəlilabad-Uzuntəpə avtomobil yolunda qeydə alınıb.

Belə ki, rayonun Şorbaçı kənd sakini, 35 yaşlı Samir Ədalət oğlu Mirzəyevi yolu keçmək istəyən zaman “VAZ-21011” markalı avtomobil vurub. Ağır yaralanan piyada Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstənin ayaqlarından birinin amputasiya olunması gözlənilir.

Faktla bağlı araşdırma aparılır. (report)

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.