ABŞ-ın Vaşinqton ştatında, “Amtrak” dəmiryolu şirkətinə məxsus qatarın relsdən çıxması nəticəsində baş vermiş qəza zamanı 100-dən çox insan xəstəxanaya yerləşdirilib.

AvtoReyd.Az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Yaralılardan 4-nün vəziyyətinin ağır olduğu bildirilir. Qatar Sietldən Portlend istiqamətində hərəkət edirmiş.

“Associated Press” agentliyinin məlumatında isə qeyd olunur ki, hadisə zamanı azı 6 nəfər ölüb.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.