Avtoreyd.az bildirir ki, Braziliyada elektron musiqi festivalı zamanı səhnə uçub. Nəticədə, Dj ölüb, üç nəfər isə xəsarət alıb. Metal konstruksiyanın fırtına zamanı dağılmasını şahidlər telefona çəkib.
Faciə baş verən an səhnədə Dj Haleb Freytas çıxış edib. Başından aldığı ağır xəsarətlərlə kritik vəziyyətdə xəstəxanaya çatdırılan Dj-in həyatını xilas etmək mümkün olmayıb.
Tufan xəbərdarlığına baxmayaraq Esteyu şəhərində keçirilən festivalda baş vermiş hadisə ilə bağlı, hazırda araşdırma aparılır. Qeyd edək ki, həmin an meydançada 5 min insan olub.