This terrifying photo shows the heart-stopping moment a car owner was trapped inside their vehicle - as it transformed into a raging FIREBALL. See Ross Parry story RPYFIRE: Julie Nicklin, 54, had mistakenly poured fuel into her 'Smart' car's interior through a detachable cap on the other side of the car - not the one containing its fuel tank. Mum-of-two Julie, who was too embarrassed by the gaffe to be photographed, ignited the fuel as she turned the ignition key. The 2005 Fortwo Pulse instantly exploded and trapped Julie inside, while it caused other motorists on the forecourt to run for cover.

Avtoreyd.az bildirir ki, xoşagəlməz hadisə Böyük Britaniyada YDM-dən birində, Lankasterdan olan 54 yaşlı Culiya Niklinin başına gəlib. Yalnız möcüzə nəticəsində heç kim zərər çəkməyib.

Günlərin birində sürücü xanım 2005-ci il istehsalı olan Smart Fortwo Pulse avtomobilinə yanacaq vurmaq qərarına gəlib. Lakin Culiya Niklin benzini yanacaq çəninin əvəzinə, hava süzgəci borusunun dəliyinə töküb.

Avtomobili işə saldıqdan sonra partlayış baş verib və maşını alov bürüyüb.

Bu zaman yaxınlıqda olan şahidlərdən biri qadına yardım edib.  O, maşının qapısını açaraq, alov bürüyən salondan qorxmuş halda olan 54 yaşlı xanımı çıxarıb. Kişi, Culiya Niklini təhlükəsiz məsafəyə apardıqdan sonra, daha bir partlayış eşidilib. Bu dəfə alışan benzin bakı olub.

Yanmış “Smart”ın sahibəsi xəsarət və ağır nəticələrdən qurtula bilib. O, bunu, əynində olan sıx gödəkcə ilə izah edib. Amma qadına yardım edən şəxsin əlləri və boynu yanıb. Xoşbəxtlikdən, onun da həyatı üçün təhlükə yoxdur.

Hadisə britaniyalı xanımın ehtiyatsızlığı ucbatından baş versə də, burada maraqlı bir məqam var. Belə ki, Smart Fortwo Pulse avtomobilinin benzin bakının yanacaq borusu, kuzovun sağ tərəfindədir. Analoji olaraq sol tərəfdə isə hava süzgəci borusunun dəliyi yerləşir. Və təcrübəsiz sürücü bu dəlllikləri səhv sala bilər. Qeyd edək ki, “Smart”da mühərrik arxada olur.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.