ABŞ-ın elektrik avtomobilləri istehsal edən özəl şirkəti – “Tesla”nın bazar dəyəri ilk dəfə olaraq məşhur “General Motors” konserninin bazar dəyərini üstələyib.
Avtoreyd.az lent.az-a istinadən xəbər verir ki, aprelin 4-də İlon Maskın şirkətinin dəyəri 53 milyard dolları ötüb. Ənənəvi istehsalçı GM-in dəyəri isə 49,80 milyard dollar olub. “Tesla”nın bir səhminin qiyməti 303,02 dollara yüksəlib. GM-in bir səhmi isə 34,26 dollardır.
“Tesla”nın tezliklə yeni “Model 3” elektromobili buraxacağı barədə xəbərlər şirkət səhmlərinin dəyərini artırıb.