Rusiyanın Sankt-Peterburq şəhərində əsaslanan İntey firması artıq neçə ildir ki, multimedia həvəskarlarını öz orijinal işləriylə sevindirir. Bu dəfə “İntey Tuning” mütəxəssisləri Lada XRay üzərində çalışıblar.
Tyunerlər tərəfindən işlənmiş Lada Xray-in Hetçbek versiyası standart avtomobildən yolsuzluq şəraitinə hazırlığı və əlbəttə ki,güclü audiosistemi ilə fərqlənir.
Yeni səsli LADA XRAY avtomobili gövdənin(kuzovun) rəngləməsiylə, kapotu ilə, dartan mexanizmlə(lebyodka),artırılmış geniş baxış bucağı ilə, yolsuzluq şinləri ilə,həmçinin damda yerləşdirilmiş işıqlı elementlərə xsusi görünüş yaradan yük yeriylə fərqlənir.