Avtoreyd.Az Hadisə Abşeronda orta yaşlı qadını avtomobil vurub

Abşeronda orta yaşlı qadını avtomobil vurub


Abşeron rayonunun Xırdalan şəhərində orta yaşlı qadını avtomobil vurub.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, hadisə 1980-ci il təvəllüdlü Arzuməmmədova Cəmilə Malik qızı 27-ci məhəllədə yolu keçən zaman qeydə alınıb.

Qadın müxtəlif bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinə məlumat verilib.

Related Post