Avtoreyd.Az Hadisə Dəhşətli qətli araşdırmaq üçün Ağstafaya əməliyyat qrupu göndərildi – VİDEO

Dəhşətli qətli araşdırmaq üçün Ağstafaya əməliyyat qrupu göndərildi – VİDEO


Ağstafada Gəncə sakini öldürülüb, meyiti yol kənarına atılıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Yenigün kəndində baş verib. 40 yaşlı Samir Əliyevin meyiti günorta saatlarında kənddə yolun kənarında tapılıb. Qətl baş verən əraziyə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Məlum olub ki, hadisə yerindən təxminən 500 metr aralıda qətlə yetirilən Samir Əliyevə məxsus avtomobil də yandırılıb. Meyit müayinə olunduqdan sonra Ağstafa rayon prokurorluğunda cinayət işi açılıb. Hadisəni törədən şəxs və ya şəxslərin tapılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyata başlanılıb. Baş verən dəhşətli qətlın araşdırılması məqsədilə Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu Ağstafa rayonuna ezam ediliblər.

Bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Related Post

Tbilisidə partlayış təhlükəsi ilə əlaqədar hava limanı təxliyə edilibTbilisidə partlayış təhlükəsi ilə əlaqədar hava limanı təxliyə edilib

Tbilisi beynəlxalq hava limanında partlayıcı qurğunun olması ilə bağlı zəngin yalan olduğu müəyyən olunub. Axtarışlar zamanı hava limanında heç bir partlayıcı qurğu tapılmayıb. Təxliyə olunmuş hava limanının əməkdaşları və sərnişinlər hava limanına buraxılıb. Gürcüstan DİN insidentlə

Avtomobili qəsdən motosikletə çırpdığına görə 1 illik həbs olundu və 30 aylıq sürücülük hüququndan məhrum edildi (Video)Avtomobili qəsdən motosikletə çırpdığına görə 1 illik həbs olundu və 30 aylıq sürücülük hüququndan məhrum edildi (Video)

Avtoreyd.az bildirir ki, Böyük Britaniyada avtomobil sürücüsünü qəsdən motosikletə çırpıldığı üçün həbs ediblər. 63 yaşlı Mario Bove gənc motosikletçi və onun xanım sərnişini ilə yolu bölüşdürə bilməyib. Qısa sürən söz savaşından