Hadisə

Samuxda hadisə yerinə gedən təcili tibbi yardım əməkdaşlarına təzyiq göstərilib, maşınlarını aşırmağa çalışıblar

Samuxda ağır yol nəqliyyat hadisəsi zamanı ölənlərin adları məlum olub.

“Report”un Qərb bürosunun məlumatına görə, bunlar Samux rayon sakini, 32 yaşlı Tural Ənnağı oğlu Məmmədov, onun həmyerlisi və həmyaşıdı Ruslan Xaliq oğlu Nəsibovdur.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən ağır yaralanan Zaur Zirəddin oğlu Məmmədovdur. Diqər yaralı, “QAZel” markal sərnişin mikroavtobusun sürücüsü  Samux rayon Sərkər kənd sakini, 38 yaşlı Müslüm İsmayıl oğlu İsmayılov yaxınları tərəfindən Gəncədəki özəl xəstəxanaların birinə aparılıb. Hadisə şahidlərinin bildirdiyinə görə, qəza nəticəsində başqa yaralananlarda olub.

Müəllif haqqında

www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.