Avtoreyd.Az Hadisə Şamaxıda bədbəxt hadisə: Boru sürücünün qasığından girib, belindən çıxdı – VİDEO

Şamaxıda bədbəxt hadisə: Boru sürücünün qasığından girib, belindən çıxdı – VİDEO


Şamaxıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Minik avtomobili ilə çuxura düşən sürücü ağır xəsarət alıb. Çuxurda olan dəmir boru sürücünün qasığından girərək belindən çıxıb.

Ağır qəza Şamaxı rayonunda baş verib. 33 yaşlı Nağaraxana kənd sakini Rəşayiq Məmmədov avtomobil idarə edər zaman yolun ortasındakı çuxurda olan 32 milli metrlik dəmir boru avtomobilin alt hissəsini deşərək sürücünün qasıq nahiyəsinə girib. O, ağır vəziyyətdə təcili yardım maşını ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstə ilkin tibbi yardım aldıqdan sonra Bakıdakı xəstəxanalardan birinə göndərilib. Həkimlərin bir neçə saat çəkən əməliyyatından sonra yaralı sürücü sağ qalıb.

Həkimin sözlərinə görə, yaralı xəstəxanaya daxil olarakən çox ağır vəziyyətdə olub.

Həkim Azər Qasımovun sözlərinə görə, Rəşayiq Məmmədovun hazırda həyatı təhlükəsi yoxdur. Ağır xəsarət alan sürücü deyir ki, qəza qəfildən baş verib. Düşdüyü çuxurdan çıxa bilmədiyindən tez qardaşına zəng vurub. Elə ilk yardımı da ona qardaşı edib.

İndi hadisə ilə bağlı Şamaxı rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları araşdırma aparırlar. Qəzanın dəqiq səbəbi araşdırmadan sonra məlum olacaq.

Related Post

Heydər Əliyev prospektində piyada keçidinə məhəl qoymayan kişini iki maşın vuraraq öldürüb – FOTOHeydər Əliyev prospektində piyada keçidinə məhəl qoymayan kişini iki maşın vuraraq öldürüb – FOTO

Bakının Nərimanov rayonunda yeraltı piyada keçidindən istifadə etməyən kişini iki avtomobil vuraraq öldürüb. AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, hadisə 40-45 yaşlı kişinin Heydər Əliyevprospektində yeraltı piyada keçidinə məhəl qoymayaraq avtomobillərin yüksək

Bakı yaxınlığında dəhşətli yol qəzası, ölənlər və yaralılar var – YENİLƏNİB (Foto)Bakı yaxınlığında dəhşətli yol qəzası, ölənlər və yaralılar var – YENİLƏNİB (Foto)

Xəbərə təfərrüat və fotolar əlavə olunub.  Dövlət Yol Polisi əməkdaşlarının  verdikləri məlumata görə, qəzaya səbəb 50-CK-402 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olub. Sözügedən avtomobili sərxoş sürücü idarə edib. O maşını yolun