Bakıda ağır yol qzası baş verib. Lent.az xəbər verir ki, dünən  axşam Binəqədi rayonu ərazisindəki yol kəsişməsində “Mercedes” markalı minik avtomobili motosikleti vurub. Nəticədə motosiklet bir neçə metr qarşı tərəfə düşüb. 23 yaşlı motosikletçi aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.