Bakının Nərimanov rayonunda yol nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, “Nəriman Nərimanov” metrostansiyası istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtomobil eyni markalı minik avtomobilinə arxadan çırpılıb.

Sürücü Kamil Rəşidovun sözlərinə görə, qəzanı törədən “Mercedes”in sürücü hadisədən sonra ərazidən uzaqlaşıb. Hadisə yerində yol polis əməkdaşları olublar. Müayinələr aparılıb, ölçülər götürülüb.

Deformasiyaya uğrayan avtomobillər cərimə meydançasına aparılıb. Faktla əlaqədar avtotexniki ekspertiza təyin edilib.

AvtoReyd.Az

 

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.