Sabirabadda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər xəsarət alıb.

AvtoReyd.Az APA-ya istinadən xəbər verir ki, ötən gecə Sabirabad şəhərinin  H.Əliyev prospektində Narlıq kənd sakini, 1955-ci il təvəllüdlü Əliyev Əlican Əliquzu oğlunun idarə etdiyi “Hyundai” markalı, 54 BJ 348 dövlət nömrə nişanlı avtomobillə, Sabirabad sakini, 1960-cı il təvəllüdlü Quliyev İlham Soltan oğlunun idarə etdiyi  “Mercedes” markalı, 10 BL 313 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Nəticədə hər iki avtomobilin sürücüsü və sərnişinlər- Narlıq kənd sakinləri, 1964-cü il təvəllüdlü Əliyeva Mehriban Ağalar qızı (hər 2 qolunun sınığı), 2016-cı il təvəllüdlü Əliyev Bağır Kamran oğlu və 1998-ci il təvəllüdlü Cəfərova Fərqanə Elsevər qızı  müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sabirabad Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılır.

 

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.