Zaqatalada piyadanı maşın vurub.AvtoReyd.Az ARB Şəki-yə istinadən xəbər verir ki, hadisə axşam saat 20:30 radələrində Şəki-Qax-Zaqatala avtomobil yolunun Zaqatala rayonu Çobankol kəndi ərazisindən keçən hissəsində baş verib. Balakən rayon sakini Şaban Ramazan oğlu Laçınov idarə etdiyi “Mersedes Vito” markalı 99 XZ 031 dövlət nömrə nişanlı kiçiktutumlu mikroavtobusla Balakən rayonu stiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 49 yaşlı Zaqatala rayonu Çobankol kənd sakini Kamal Fazil oğlu Abdilovu vurub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Kamal Abdilov Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Reanimasiya şöbəsinə yerləşdirilən Kamal Abdilovun vəziyyəti orta-ağır qiymətləndirilir. Qeyd edək ki, Kamal Abdilov 2016-cı ilin sonuna kimi Zaqatala rayon Polis Şöbəsində polis nəfəri kimi çalışıb, hazırda təqaüddədir. Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.
Mikroavtobus keçmiş polisi vurdu: vəziyyəti ağırdır – VİDEO
Categories:
Related Post
Masazırda “Kamaz” “Opel”ə çırpılıb, biri azyaşlı olmaqla 3 nəfər xəsarət alıb – FOTO – VİDEOMasazırda “Kamaz” “Opel”ə çırpılıb, biri azyaşlı olmaqla 3 nəfər xəsarət alıb – FOTO – VİDEO
Abşeron rayonunun Masazır qəsəbəsində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. “Report” xəbər verir ki, hadisə “Kamaz” markalı yük maşını ilə “Opel”in toqquşması nəticəsində qeydə alınıb. Qəzaya
Bakıda ağa üç maşının üstünə aşıbBakıda ağa üç maşının üstünə aşıb
Avtomobillərə ciddi ziyan dəyib. Paytaxtda müşahidə olunan küləkli hava şəraiti ciddi fəsadlara səbəb olub. AvtoReyd.Az xəbər verir ki, şəhərin mərkəzində ağac maşınların üstünə aşıb. Hadisə Səbail rayonunda Puşkinlə Xəqani küçələlərinin
Cərimə meydançalarında da yüksək cərimə borcu olan yüzlərlə xarici nömrəli avtomobil varCərimə meydançalarında da yüksək cərimə borcu olan yüzlərlə xarici nömrəli avtomobil var
Son vaxtlar Bakı şəhərində və bölgələrdə xarici qeydiyyat nömrəli nəqliyyat vasitələrinin sayı xeyli artıb. Qonşu ölkələrdən, xüsusilə də Gürcüstandan gətirilən avtomobillərə isə daha çox rast gəlinir. Hazırda cərimə meydançalarında da