Avtoreyd.az bildirir ki, Amerikada, Kaliforniya ştatının Santa-Ana şəhərində avtomobil sürücüsü nəqliyyat vasitəsi ilə birlikdə stomatoloji klinikanın ikinci mərtəbəsinə girib.

Yolda yüksək sürətlə hərəkət edən avtomobil qəfildən maneəyə çırpıldıqdan sonra, zərbə nəticəsində havaya uçaraq stomatoloji klinikanın binasına girib. Yüngül xəsarət alan sürücü və sərnişin xəstəxanaya yerləşdiriliblər. Bu zaman avtomobil sahibi etiraf edib ki, narkotikdən istifadə edib.

Maşının binadan çıxardılması üçün hadisə yerinə yanğından mühafizə xidmətinin əməkdaşları çağırılıb.

http://www.youtube.com/watch?v=e4ZEY8zqjDk

http://www.youtube.com/watch?v=2_7QafdCMO0

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.