Avtoreyd.az bildirir ki, Çexiyanın cənubunda, Praqa və Bratislava şəhərlərini birləşdirən sürət magistralının hər iki istiqamətində 40-dan artıq avtomobil toqquşub.
Qəzaya düşən avtomobillərin əksəriyyəti yük maşınları olub. Hər iki istiqamətdə hərəkəti iflic edən yol-nəqliyyat hadisəsinin fəsadları, yanğınsöndürənlər və yol işçilərinin köməyi ilə aradan qaldırılıb.
Qəza nəticəsində təxminən 10 nəfər xəsarət alıb.
Çex polisinin yaydığı məlumatda bildirilir ki, kütləvi yol-nəqliyyat hadisəsinə güclü qar və sürücülər tərəfindən sürət həddinin aşması səbəb olub.