Neftçala rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə bu gün axşam saatlarında Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Kənd sakini, 27 yaşlı Səlimağa Heydərağa oğlu Quliyev idarə etdiyi motosiklet minik avtomobili ilə toqquşub. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan bayker Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlk tibbi yardım göstərildikdən sonra yaralı Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.