Avtoreyd.az bildirir ki, Avstraliyanın qərb sahillərində yerləşən Yeni Cənubi Uels ştatının Lennoks-Hed kəndi yaxınlığında, dənizdə batan iki yeniyetmə- 16 yaşlı Monti Qrinsleyd və 17 yaşlı Geyb Vidler, dünyada ilk dəfə olaraq qeyri-adi üsulla xilas ediliblər. Onların həlak olmaqdan qurtulmaları üçün yardıma dron yetişib.
700 metr uzağa üzən uşaqlar hündürlüyü üç metrə çatan dalğaların öhdəsindən gəlməyə çalışıblar.
Bu zaman, sahildə Avstraliyada Lifeguards pilotsuz uçuş aparatlarının yeni texnologiyasını sınaqdan keçirən xilasedicilər, onların köməyinə dron yollayıblar.
35 saniyə ərzində bir kilometr məsafə qət edən dron, Monti Qrinsleydlə Geyb Vidlerin köməyinə gəlib.
Yeni Cənubi Uels ştatının baş nazirinin müavini Con Barilaro qeyd edib ki, bu, dünyada ilk dəfədir ki, dənizdə batan şəxslər pilotsuz təyyarənin köməyi ilə xilas edilir.