Avtoreyd.az bildirir ki, Türkiyənin Əskişəhər əyalətində məktəbliləri daşıyan avtobus qəzaya uğrayıb. Nəticədə, 11 sərnişin həlak olub, 44 nəfər isə yaralanıb. Bu haqda hadisənin baş verdiyi əyalətin qubernatoru Özdəmir Çakacak məlumat verib.
Ankaradan Bursaya şagirdləri ekskursiyaya aparan avtobus yol kənarındakı ağaclara çırpılıb.
Hurriyet qəzetinin məlumatına görə, avtobusda qış tətili ilə bağlı Uludağ dağ-xizək kurortuna səyahət edən məktəbli qrupu olub. Onlardan bəzilərinin valideynləri də avtobusda olub.
Məktəbliləri daşıyan nəqliyyat vasitəsinin yoldan çıxmasının səbəbləri araşdırılır. KİV-in məlumatına görə, qəzaya səbəb qəfil yola çıxan heyvan ola bilər.