Avtoreyd.Az Hadisə Bakıda motosiklet aşıb, sürücü ağır yaralanıb

Bakıda motosiklet aşıb, sürücü ağır yaralanıb


Bakının Nərimanov rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, rayon ərazisində hərəkətdə olan motosikletin aşması nəticəsində 1996-cı il təvəllüdlü Vəliyev Rabil Natiq oğlu açıq kəllə-beyin travması alıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Related Post