Mingəçevir şəhərində zəncirvari avtomobil qəzası baş verib.

AvtoReyd.Az ”Report”a istinadən məlumat verir ki, hadisə şəhərin 20 Yanvar küçəsində qeydə alınıb.

Belə ki, “İnfiniti”, “VAZ-21010” və “Mitsubishi” markalı avtomobillər toqquşub. Nəticədə “İnfiniti” markalı avtomobil yol kənarındakı ət dükanına girib. Qəzada ölən və yaralanan olmayıb. Ancaq avtomobillərə və dükana ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

 

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.