Şəmkirdə avtomobil maneəyə çırpılıb.

AvtoReyd.Az “Report”a istinadən verdiyi məlumata görə, hadisə Şəmkir şəhərində baş verib.

İdarəetmədən çıxan “VAZ-21099” markalı avtomobil idarəetmədən çıxaraq yol ayrıcındakı dairəyə çırpılıb. Nəticədə sürücü müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya Şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.