Avtoreyd.Az Hadisə İnspektorun “Volqa”nın kapotunda gəzintisi, sosial şəbəkədə hitə çevrilib (Video)

İnspektorun “Volqa”nın kapotunda gəzintisi, sosial şəbəkədə hitə çevrilib (Video)


Avtoreyd.az bildirir ki, hadisə Dağıstanın paytaxtı Mahaçqala şəhərində baş verib.

Sən demə qanun keşikçisi qayda pozan sürücüyə protokol yazmağa çalışıb. Belə ki, avtomobilin sahibi, maşınını təyin olunmamış yerdə park edib. Polisi görən sürücü sənədlərini təqdim etməkdən imtina edib və avtomobilin pedalına basıb. Bununla belə DYP əməkdaşı sürücünün bütün hərəkətlərini qeydə ala bilib.

Xoşbəxtlikdən, inspektor xəsarət almayıb. İndi sürücü qanun qarşısında cavab verməli olacaq. Yaxın vaxtlarda onu sahə müvəkkiliylə danışıq gözləyir və, ehtimal ki, barəsində cinayət işi açılacaq.

http://www.youtube.com/watch?v=XfUfV0hj_-4

Related Post