Avtoreyd.Az Hadisə Şəkidə yanacaqdoldurma məntəqəsinə basqın edilib – VİDEO

Şəkidə yanacaqdoldurma məntəqəsinə basqın edilib – VİDEO


Daxili İşlər Nazirliyi (DİN) Şəkidə yanacaqdoldurma məntəqəsinə edilən basqınla bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumatda bildirilir ki, yanvarın 25-nə keçən gecə Şəki Şəhər Rayon Polis Şöbəsinə yanacaqdoldurma məntəqəsində baş vermiş quldurluq hadisəsi barədə informasiya daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Araşdırmalarla saat 6 radələrində Kiçik Dəhnə kəndindəki “Dəhnə petrol” yanacaqdoldurma məntəqəsinə gəlmiş 2 maskalı şəxsin oradakı yardımçı otağın pəncərə şüşəsini sındırması, orada işləyən operator Azad Məmmədovu bıçaq və taxta parçası ilə hədələyərək pul verməsini tələb etmələri, müqavimətlə rastlaşdıqlarından isə qaçaraq aradan çıxdıqları məlum olub.
Təxirəsalınmaz tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinənlər qısa zamanda müəyyən edilib və əməliyyat-axtarış tədbirləri ilə onlardan biri – Kiçik Dəhnə kənd sakini Tacı Mənəfli “isti izlər”lə saxlanılıb. Polis əməkdaşları tərəfindən ona məxsus “VAZ-21074” markalı avtomobilə baxış keçirilib və oradan 2 ədəd idman papağından hazırlanmış maska, 1 ədəd bıçaq, 1 ədəd yapışqanlı lent, 1 ədəd idman şalvarı və gödəkcə aşkar edilib.
Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Şəki ŞRPŞ tərəfindən araşdırma aparılır.

Related Post

Abşeronda qəza nəticəsində minik maşını aşıb, yaralanan var – FOTOAbşeronda qəza nəticəsində minik maşını aşıb, yaralanan var – FOTO

Abşeron rayonunun Masazır qəsəbəsində xəsarətlə nəticələnən yol qəzası baş verib. AvtoReyd.Az “Report”-a istinadən xəbər verir ki, H.Əliyev küçəsindəki yol ayrıcında geriyə dönmək istəyən “QAZ-3110” markalı avtomobil “Chevrolet”lə toqquşub. Zərbənin gücündən “QAZ-3110”