Şamaxı-Qızmeydan avtomobil yolunda güclü qar səbəbindən nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

Bu gün səhər saatlarından etibarən yağan güclü qar yolun, əsasən, 1, 8, 11, 12 kilometrliklərində problemlər yaradıb.

Şosenin 9 km-də nəqliyyatın hərəkəti tamamilə məhdudlaşıb, yolun 5 km-lik dolaylı hissəsi buz bağlayıb.

Yolun qardan təmizlənməsi üçün Azərbaycan Avtomobil Dövlət Yolları Agentliyinin 8 saylı Məhdud Məsuliyyətli Cəmiyyətinin canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub.

Yol qardan təmizlənib, nəqliyyatın hərəkəti bərpa olunub. (report)

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.