Avtoreyd.Az Hadisə Bakıda “Kamaz”ın aşması nəticəsində qum Nobel prospektinə və dəmiryoluna dağılıb – FOTO

Bakıda “Kamaz”ın aşması nəticəsində qum Nobel prospektinə və dəmiryoluna dağılıb – FOTO


Nobel prospektinin paytaxtın Xətai rayonu ərazisinə düşən hissəsində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, qəzaya “VAZ” markalı minik avtomobilinin qəfil əyləci basması səbəb olub.

Bu zaman arxadan gələn “66-BE-189” dövlət qeydiyyat nişanlı “Kamaz” markalı yük maşınının sürücüsü qəza törətməmək üçün sükanı sağ tərəfə döndərib. Nəticədə maşın aşıb. Onun yük hissəsində olan qum prospektə və yaxınlıqdan keçən dəmiryolu relslərinin üzərinə dağılıb. Ərazidən keçənlərin köməkliyi ilə relslər qumdan təmizlənib.

“Kamaz”ın 1967-ci il təvəllüdlü sürücüsü İsgəndərov Rasim Şəmsəddin oğlu bədən xəsarətləri alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qəzanın baş verdiyi əraziyə Xətai Rayon Yol Polis Şöbəsinin əməkdaşları cəlb edilib. Yol-nəqliyyat hadisəsinin dəqiq səbəbləri araşdırılır.

Related Post

Ukraynada içərisində Azərbaycan şirkətlərinin yükü olan daha 8 maşın oğurlanıbUkraynada içərisində Azərbaycan şirkətlərinin yükü olan daha 8 maşın oğurlanıb

Ukraynanın Poltava, Xmelnitski və Vinnitsa vilayətlərində içərisində Azərbaycan şirkətlərinə məxsus yüklərin olduğu daha 3 ağır tonnajlı maşın oğurlanıb.   Yük maşınlarından birinin daşıyıcılığını həyata keçirən “Sufaris-Transport” şirkətinin rəhbəri Sübhan Sarıyev