Mingəçevir şəhərində 3 avtomobilin toqquşması nəticəsində zəncirvari qəza baş verib.

AvtoReyd.Az ”Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsində – Polis şöbəsinin qarşısında qeydə alınıb.

Belə ki, axşam saatlarında “Nissan”, KİA və “VAZ-21011 “ markalı avtomobillər toqquşub. Nəticədə avtomobillərə ciddi ziyan dəyib, hadisə yerinə çağırılan təcili yardım xidməti yüngül xəsarət alanlara yerindəcə tibbi yardım göstərib.

Faktla bağlı araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.