Bakıdan Sumqayıta gedən yolda avtomobil piyadanı vuraraq öldürüb.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun Abşeron rayonu ərazisinə düşən hissəsində baş verib.

“90-NK-668” dövlət qeydiyyat nişanlı “Mercedes Vito” markalı avtomobil qəfil yola çıxan təxminən 30-35 yaşlı kişini vurub.

Sürücü yaralını xəstəxanaya çatdırsa da, o, həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları sürücünü saxlayıb.

Araşdırma aparılır.

 

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.