Bakının Suraxanı rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Emin Səfərəliyev sərxoş vəziyyətində “VAZ-2106” markalı avtomobil ilə hərəkətdə olarkən sürət həddini aşıb və qəfil idarəetməni itirib.

Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb. Sürücü E.Səfərəliyev və sərnişin 1992-ci il təvəllüdlü Elçin Babayev xəsarət alaraq 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Suraxanı Rayon Polis idarəsində araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.