Cenevrə avtosalonunda 2018-ci ilin çox maraqlı yeniliyi- dünyada ilk uçan avtomobilin təqdimatı gözlənilir.
Avtoreyd.az bildirir ki,Niderlandın PAL-V şirkətinə məxsus PAL-V Liberty aparatı, ümumi istifadə edilən yollarda hərəkət etməklə yanaşı, həm də tamamilə qanuni şəkildə uça da bilər.
Ağla sığmayan qiymətə – 499 min avroya olan unikal avtomobil, alıcılar üçün növbəti ildən əlçatan olacaq.
İkinəfərlik Liberty Pioneer Edition adlı birinci buraxılış maşınları 90 ədəd istehsal ediləcək. Bundan sonra isə Liberty Sport seriyasının buraxılışına başlanılacaq. Bu model daha ucuz -299 min avroya olacaq.
Ümumi istifadə edilən yollarda avtomobil 9 saniyə ərzində sürət yığaraq, saatda 160 km-ə qədər məsafə qət edəcək. Bu zaman 100 km-ə 7,6 litr yanacaq sərf edəcək.
Uçan aparatın transformasiyası 5-10 dəqiqə çəkir. Liberty, “helikopter” rejimində 3500 kilometrə qədər hündürlüyə qalxa bilər, maksimal surəti isə yerdəkindən daha yüksəkdir – saatda 180 km.
Maşının uzunluğu dörd metr, eni və hündürlüyü isə müvafiq olaraq 2 və 1,7 metrdir. PAL-V Liberty-nin çəkisi 664 kiloqramdır.
