Avtoreyd.az bildirir ki, Sinqapurun Nanyan texnologiya universiteti, hələ bir neçə il əvvəl tələbə şəhərciyi ərazisində işləməyə başlayan öz-özünə idarə olunan elektrobus hazırlayıb. İndi isə universitet yeni NTU-Blue Solutions Flash Shuttle adlı 22-yerlik sürücü tərəfindən idarə edilən, lakin tez bir zamanda enerji yığma sisteminə malik elektorbus istifadəyə verib.

NTU-Blue Solutions Flash Shuttle elektrobusu 30 kilometrə qədər məsafə qət edən akkumulyator batareyalarına malikdir. Amma bu ehtiyat qidalanmasıdır. Elektrobusun əsas maraqlı detalı– cəmi 20 saniyəyə enerji yığan superkondensatorlardır. Enerji yüklənməsi, dayanacaqda sərnişinlərin enməsi zamanı həyata keçirilir və 2 kilometr məsafə üçün kifayət edir.

Superkondensatorlu elektrobuslar ənənəvi elektrik nəqliyyatından daha ucuzdur, çünki bahalı və mürəkkəb infrastruktur tələb etmir. Superkondensatorlar üçün nəzərdə tutulan yükləmə stansiyaları bir neçə həftə ərzində asanlıqla qurulur.

NTU-Blue Solutions Flash Shuttle elektrobusunun Nanyan universitetin ərazisində iki il ərzində istismar edilməsi planlaşdırılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.