Şanxayda yol-nəqliyyat hadisəsi nəticəsində alovlanan qaz balonları ilə dolu furqon piyadaların üzərinə çıxıb.
Avtoreyd.az bildirir ki, qəza zamanı 18 nəfər xəsarət alıb, onlardan üç nəfərinin vəziyyəti ağırdır.
Şahidlərin sözlərinə görə, furqonda altı nəfər olub. Avtomobildə olan qadınlardan biri güclü yanıq xəsarəti alıb. Bir neçə nəfər isə maşının altında qalıb.
Hadisə, turistlər arasında çox məşhur olan Şanxayın Xuanpu rayonunun, Sinçan və Nantszin küçələrinin kəsişməsində, yerli vaxtla səhər saatlarında baş verib.
Şanxay rəhbərliyi bildirib ki, yol-nəqliyyat hadisəsində günahkar furqonun sürücüsüdür. Belə ki, sükan arxasında siqaret çəkən sürücü nəqliyyat vasitəsi üzərində nəzarəti itirdiyindən, bədbəxt hadisə baş verib. Həmçinin sürücüdən tez alışan maddələrin qanunsuz daşınmasında da şübhələnirlər. İnsident zamanı o da zərər çəkdiyindən, həkimlər ona da yardım ediblər.
http://www.youtube.com/watch?v=-TqWWeyi5iQ
