Avtoreyd.Az Hadisə Yük avtomobili sürücüsü YUNESKO-nun siyahisinə aid yaşı 2000 il olan abidəni pis hala salıb (Video)

Yük avtomobili sürücüsü YUNESKO-nun siyahisinə aid yaşı 2000 il olan abidəni pis hala salıb (Video)


Avtoreyd.az bildirir ki, 40 yaşlı sürücü Ceyner Jesus Flores Fiqu, Perudakı Naska səhrasındakı e.ə. 200-cü və b.e. 700-cü illərinə aid şəkilləri yük maşını ilə bərbad hala salıb.

Ölkənin Mədəniyyət nazirliyi sürücü üçün doqquz aylıq həbs cəzası və təxminən 1 550 ABŞ dolları həcmində cərimə istəyib. Qurumun məlumatına görə, yük maşını 50-nin 100 metrə olan ölçüdəki sahəni əhatə edən üç qədim təsvirdə  “dərin çapıqları” qoyub.

Əvvəlcə Ceyner Jesus Flores Fiqu həbs olunsa da, amma sonradan sübutların kifayət etməməsi səbəbi ilə, yəni hadisəni qəsdən törətməməsi ilə bağlı azadlığa buraxılıb.

40 yaşlı sürücü bildirib ki, o, avtomobillə bağlı yaranmış problem üzündən yoldan çıxmalı olub. Amma belə bir şübhə də var ki, Ceyner Jesus Flores Fiqu pullu yol üçün gediş haqqı ödəməməkdən ötrü bu addımı atıb. Nəticədə, avtomobilin təkərləri üç müxtəlif qədimi şəkili zədələyib.

http://www.youtube.com/watch?v=uoV-PHq-y5M

Related Post

Güclü külək Ələt-Astara yolunda nəqliyyatın hərəkətində problemlər yaradıb(Foto)Güclü külək Ələt-Astara yolunda nəqliyyatın hərəkətində problemlər yaradıb(Foto)

AvtoReyd.Az APA-ya istinadən məlumat verir ki,Güclü külək səbəbindən Ələt –Astara yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində nəqliyyatın hərəkətində problemlər yaranıb. Ələt –Astara yolunun 140-145-ci kilometrliyində, ayrı-ayrı yerlərdə 20-dən çox irigövdəli ağac