Zaqatala rayonunda məktəbdən çıxan şagirdi traktor vuraraq öldürüb.

AvtoReyd.Az “Report”un Şimal-qərb bürosuna istinadən məlumat verir ki, hadisə rayonun Əliabad qəsəbəsində baş verib.

Belə ki, Əliabad qəsəbə 4 saylı tam orta məktəbin 2-ci sinif şagirdi, 8 yaşlı Əli Tural oğlu Cavadovu məktəbdən çıxarkən traktor vurub.

Uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.