Bərdədə minik avtomobili ağaca çırpılıb.

AvtoReyd.Az APA-ya istinadən yerli bürosunun xəbərinə görə, 90 FL 844 dövlət nömrə nişanlı BMW markalı avtomobilinin sürücüsü idarəetməni itirərək yolun kənarındakı ağaca çırpıb.

Nəticədə avtomobil yararsız hala düşüb, avtomobilin sürücüsü isə xəsarət alıb. Sürücü Bərdə xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.