Abşeronda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Fevralın 16-da saat 12 radələrində Abşeron rayonunun Saray qəsəbəsində qəsəbə sakini Zaur Rəcəbov idarə etdiyi “NAZ Lifan” markalı avtomobili yolun kənarında dayanmış, həmyerlisi Ağası Ağayevə məxsus “VAZ-2106” markalı avtomobilə vurub. Nəticədə A.Ağayev hadisə yerində ölüb, Z.Rəcəbov xəstəxanaya yerləşdirilib.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

/xezerxeber

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.