Beyləqan rayonunda ölümnən nəticələnən ağır yol qəzası baş verib.

AvtoReyd.Az “Report”un Qarabağ bürosuna istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, bazarın qarşısında qeydə alınıb.

İki minik maşınının toqquşması nəticəsində 2 nəfər həyatını itirib, daha 3 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı rayon polisində araşdırma aparılır. Ölənlərin şəxsiyyəti hələ ki, məlum deyil.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.