Dəhşətli görüntü avtomobildə quraşdırılan videoregistrator vasitəsi ilə qeydə alınıb.
AvtoReyd.Az-ın məlumatına görə,hadisə Tayvanda, Hualian Motorway avtomagistralında hərəkətin intensiv olduğu an baş verib. Hualiyan şəhərində Çin Yeni ili bayramını dostları ilə qeyd etdikdən sonra evə, Taybey şəhərinə geri dönən zaman, 38 yaşlı Say adlı sürücü ölümdən dönüb.
Say, 3 ay əvvəl aldığı Tayvan istehsalı olan yeni 19 min funt sterlinq dəyərində olan Luxgen avtomobilini idarə edən zaman, yola 30 metr yüksəklikdən qəfil qayadan qopan daş parçası düşüb.
Video, Tayvan avtomobil yolları rəhbərliyinin diqqətini çəkib.
Həmin maraqlı görüntünü sizə təqdim edirik: